Lerik rayonunda bədbəxt hadisə baş verib. Hadisə nəticəsində 21 yaşlı gənc ildırım vurmasından həyatını itirib.
Məlumat RTV kanalının yayımında bildirilir. Hadisə Lerik rayonunun Laman kəndində qeydə alınıb. Kənd sakini, 2005-ci il təvəllüdlü Cəfər Abdullaoğlu Mirzəzadəni ildırım vurub.
Cəfər Abdullaoğlu Mirzəzadə aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib.