Azərbaycanda aprelin 22-nə gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman və çiskin ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11 dərəcə isti, gündüz isə 15-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olma ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti təşkil edəcək. Dağlarda isə gecə 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.