22 mayın hava proqnozu açıqlandı - RTV

May ayının 22-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacaq. Mayın 21-dən 22-nə keçən gecə saatlarında yağıntılar intensivləşəcək. Axşama doğru dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17 dərəcə, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv olacaq, qısa müddətdə güclənəcək, şimşək çaxacaq, dolu düşəcək. Yüksək dağlıq ərazilərdə qar yağa bilər. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq. Dağlarda gecə 3-8 dərəcə, gündüz 12-17 dərəcə, bəzi yerlərdə isə 20-22 dərəcə isti olacaq.