Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 31-36 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava əsasən yağıntısız keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.
Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.