23 yaşlı qızın meyiti TAPILDI - RTV

Gəncədə 23 yaşlı qızın yaşadığı evdə meyiti tapılıb. Hadisə şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü şəxsin yaşadığı evdə cansız bədəni aşkar olunub. Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.