24 iyulun hava proqnozu açıqlandı - 39 dərəcə isti - RTV

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 24-də Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25, gündüz 33-38 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin dağlıq ərazilərdə qısamüddətli az yağış yağacaq.

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Dağlıq ərazilərdə arabir duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Dağlarda isə gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.