25 iyulun hava proqnozu açıqlandı - RTV

Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 25-də Bakı və Abşeron yarımadasında hava günəşli keçəcək.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə əsasən yağışsız hava şəraiti hökm sürəcək.

Lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli, leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Dağlıq ərazilərdə arabir duman olacaq.

Mülayim şərq qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.