RTV kanalı 26 may tarixinə olan hava proqnozunu açıqlayıb.
Bildirilir ki, mayın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir yağıntı müşahidə ediləcək. Gündüz bəzi yerlərdə yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18 dərəcə isti, gündüz isə 22-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi və yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 14-18 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 4-9 dərəcə, gündüz 12-17 dərəcə, bəzi yerlərdə isə 20-23 dərəcə isti olacaq.