27 may tarixində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gündüz bəzi şərq rayonlarında yağış yağacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv yağış, şimşək çaxacaq və dolu düşəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu aran rayonlarında gecə 14-18 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq. Dağlarda isə gecə 6-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti, bəzi yerlərdə 25 dərəcə isti olacaq.