28 may tarixində Azərbaycanda havanın 32 dərəcə isti olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-19 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.
Dağlarda gecə 7-12 dərəcə, gündüz 16-21 dərəcə, bəzi yerlərdə isə 23-26 dərəcə isti olacağı gözlənilir. Bu məlumat RTV tərəfindən yayımlanıb.