40 dərəcə isti gəlir – Ən yüksək səviyyəli xəbərdarlıq elan olundu - RTV

Fransada yeni istilik dalğası gözlənilir. Ölkənin meteorologiya xidmətinin məlumatına görə, yaxın günlərdə havanın temperaturu 40 dərəcəyə çatacaq.

Son həftələrdə Fransada müşahidə olunan güclü istilər meşə yanğınlarına səbəb olub. Məlumata görə, Fontenblo şəhəri yaxınlığında başlayan meşə yanğınları hələ də davam edir.

Sənmark departamentinin Fontenblo şəhəri yaxınlığında başlayan meşə yanğınları davam edir. Müxtəlif ərazilərdə meşə yanğınları qeydə alınıb.

Meteoroloqların bildirdiyinə görə, güclü hava axını yanğının sürətlə yayılmasına səbəb olub və nəticədə təxminən 1000 hektar ərazi yanaraq zərər görüb.

Fransanın meteorologiya xidməti ölkənin şərqində, qərbində və mərkəzi hissələrində yerləşən 37 bölgə üçün qırmızı həyat təhlükəsi xəbərdarlığı elan edib.

Mütəxəssislər əhalini günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağa, bol maye qəbul etməyə və yanğın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıblar.