Qeyri-rəsmi yaşadıgı qadını öldürən biznesmen yenidən yoxlanacaq. Qafqazinfo-nun verdiyi məlumata görə, qeyri-rəsmi nikahda yaşadığı qadını boğaraq öldürməkdə təqsirləndirilən 48 yaşlı biznesmen Emil Ağcanovun anlaqlı olub-olmamasının araşdırılması yenidən aparılacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin qərarına əsasən, Emil Ağcanovun yenidən tibbi ekspertizadan keçiriləcəyi bildirilib. Bu qərarın verilməsinə səbəb, qətlə yetirilən İradə Muradovanın yaxınlarının hadisə baş verən zaman Ə.Ağcanovun anlaqsız olduguna inanmamaları və məhkəmədəki ifadələrində ziddiyyətlərin olması olub.
Bundan əlavə, Emil Ağcanovun məhkəmədəki ifadələrində ziddiyyətlərin olması zərərçəkmiş tərəfi narahat edib. Əvvəlki tibbi ekspertiza nəticələri düzgün hesab edilsə də, hakim Səbinə Məmmədzadə şübhələri aradan qaldırmaq üçün zərərçəkmiş tərəfin vəsatətini təmin edib. Emil Ağcanovun yenidən tibbi ekspertizadan keçiriləcəyi və bundan sonra yekun qərarın açıqlanacağı bildirilib. Həkim rəyinin hazırlanmasına qədər məhkəmə prosesi təxirə salınıb.