Son iki gündür Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edir. Güclü külək müəyyən fəsadlar da törədib. Bu fəsadlardan ən başlıcası qırılan ağaclardır. 2024-cü il iyunun 16-da Bakıda güclü külək nəticəsində bir çox ərazidə ağaclar qırılıb. Belə ki, Xətai rayonunda güclü külək nəticəsində bir ağac qırılaraq avtomobillərin üzərinə aşıb. Bu hadisə nəticəsində avtomobil sahibi külli miqdarda ziyana düşüb. Belə hallarda ziyanı kimin ödəyəcəyi sualı ortaya çıxır. Sığorta mütəxəssisləri bildirirlər ki, bu cür hadisələrdən sığorta təminatı almaq mümkündür. Kasko sığortasının təminatları sığorta müqavilələrində təbii fəlakət nəticəsində zərərin dəyməsi və ya hər hansı bir predmentin atılması, düşməsi hallarında sığorta təminatı təqdim edir. Bəzi sığorta şirkətlərinin məlumatına görə, bu cür hadisələrdə 30 min manatdan 40 min manatadək ziyanın sığorta ödənişi həyata keçirilə bilər. Mütəxəssislər bildirirlər ki, küləkli hava şəraitində il ağacların qırılmasına, dağilaraq avtomobillərin üzərinə aşmasına səbəb olur. Bu vəziyyətdə avtomobillərin belə ərazilərdə park edilməsi təhlükə yarada bilər. Güclü külək xəbərdarlığı qüvvədə olduğu müddətdə vətəndaşların ehtiyatlı davranması mütləqdir. Nəzərə alsaq ki, Bakıda hələ də dağıdıcı külək yoxdur, ağacların belə ip kimi qırılması olduqca narahatçıdır. Həmçinin, normaldan artıq yağıntı olan şəhərdə normadan yüksək külək də əsə bilər. Xanım Cavansir qızı, Pərviz Allahverdiyev, Javid Bədəlov RTV üçün hazırlayıblar.