İyunun 24-də keçirilən tarix müəllimlərinin sertifikasiya imtahanından sonra bəzi müəllimlərin 52, 54 və 57-ci suallarda yanlış cavabların doğru cavab kimi qəbul edildiyi iddia edilir.
Məsələ ilə bağlı bildirlib ki, 17-25 iyun tarixlərində keçirilən sertifikasiya imtahanlarında 22 mindən çox müəllim iştirak edib. Davamiyyət 96% təşkil edib.
Apelyasiya müraciətləri başa çatdıqdan sonra bütün suallar ekspertlər tərəfindən yenidən təhlil olunub. Bildirilib ki, test tapşırıqları tədris sənədlərinə uyğundur. Lakin bəzi suallarda texniki xarakterli problemlər aşkarlanıb.
Texniki uyğunsuzluğu olan 24 iyun tarixində tarix fənnı üzrə Azərbaycan və rus bölmələrində 2, riyaziyyat üzrə 1, 25 iyunda isə texnologiya üzrə Azərbaycan bölməsində 1 və fiziki tərbiyə üzrə rus bölməsində 1 suala aid olub. Həmin suallar üzrə bal düzəlişləri müəllimlərin xeyrinə hesablanıb.
Yenilənmiş nəticələr portal.edu.az platformasındakı şəxsi kabinetlərdə yerləşdirilib. Apelyasiya qərarları ilə sertifikasiya ballarının yenilənməsindən tanış olmaq mümkündür.