Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində 39 yaşlı kişi həyat yoldaşını hər mesajına görə bir sillə vurmaqla təqsirləndirilib.
İddiaya görə, ər-arvad arasında mübahisə qadının ərinə xəbərsiz özünə yeni telefon alması və ətir satışı ilə məşğul olduğunu deməsindən sonra yaranıb.
Təqsirləndirilən şəxs ifadəsində həyat yoldaşının rəfiqəsi ilə yazışmalarına görə onu ümumilikdə 20 sillə vurduğunu bildirib və əməlindən peşman olduğunu deyib.
Hadisədən sonra qadın şikayətə əsasında kişi saxlanılıb və barəsində cinayət işi başlanıb. Tərəflər ayrı yaşamağa başlayıblar.
Məhkəməyə müraciət edən qadın ərinin ona fiziki təzyiq göstərdiyini, lakin şikayətçi olmadığını bildirib. Məhkəmənin qərarı ilə qadının şikayətçi olmaması səbəbindən cinayət işi xitam verilib və təqsirləndirilən şəxs azad olunub.