45 yaşlı kişi suya yıxılıb ÖLDÜ - RTV

Biləsuvarda bədbəxt hadisə baş verib. Rayon sakini 45 yaşlı Telman Ağayev su kollektoruna düşərək həyatını itirib. Hadisə rayonun Təbriz küçəsində qeydə alınıb.

Mərhumun meyiti müayinə olunması üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının patoloji-anatomiya şöbəsinə təhvil verilib.

Yaxınlarının sözlərinə görə, Telman Ağayev ailədə iki bacı, iki qardaş olub və epilepsiya xəstəliyindən əziyyət çəkib. O, əsasən dəmir qırıntılarını yığaraq satmaqla məşğul olub.

Kənd sakini:

"Ağlayıb, başı, bədəni suyun altında qalıb. Əlləri belə çıxıb."

Ehtimal olunur ki, hadisə dəmir qırıntılarını yığdığı zaman baş verib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.