Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum" 9090 ləqəbli, sosial şəbəkə fenomeni İlknur Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayətinə sabah baxılacaq.
Şikayətin baxılması Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuruəyevin icraatına verilib.
Xatırladaq ki, Xəzər rayon məhkəməsinin hökmünə əsasən İlknur Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə azadlıqdan məhrum olub. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, ötən ilin iyun ayında Bakının Mərdəkan qəsəbəsində baş verən qəza nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü 29 yaşlı Əməl Məlikov hadisə yerində vəfat edib. Hadisə zamanı avtomobildə olan Sənubər Müradova isə ağır xəsarətlər alıb.