İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir yağış yağacaq.
Gündüz şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23, gündüz 30-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti təşkil edəcək.
Dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq. Bəzi yerlərdə isə 27-30 dərəcə isti gözlənilir.