Güclü maqnit qasırğası başladı - Meteohəssas insanların NƏZƏRİNƏ! - RTV

Yer kürəsində G3 səviyyəli güclü maqnit qasırğası başlayıb. Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasından verilən məlumata görə, qasırğa proqnozlaşdırılandan bir sutka gec başlayıb. Bu, bu ilin üçüncü ən böyük geomagnit hadisəsidir.

Alimlər bildiriblər ki, yerin maqnit sahəsi günəşdən gələn plazma axınının təsirinə məruz qalıb. Laboratoriyada qeyd edilib ki, hazırkı maqnit qasırğası bu ilin ən uzun müddətli hadisələrindən birinə çevrilə bilər.

Bundan əlavə, alimlər Günəşdə böyük ləkələrin müşahidə olunduğunu, lakin hələlik çox güclü şüalanma qeydə alınmadığını bildiriblər.