Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib. Bu barədə Ədliyyə və Fövqəladə Hallar Nazirliklərinin birgə məlumatında bildirilib.
Məlumatda qeyd olunub ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Risqli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib. Yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.