Xalq artisti Məleykə Əsədovanın son fotoları izləyiciləri heyrətləndirib. 60 illik yubileyini qeyd edən aktrisananın son görüntüləri gündəm olub. İllərdir zərif bədən quruluşu və baxımlı görünüşü ilə seçilən aktrisananın son aylar daha da arıqladığı müşahidə olunur.
Onun paylaşdığı videoda əvvəlki görüntüləri ilə müqayisədə xeyli arıqladığı aydın görünür. Məhz bu dəyişiklik sosial şəbəkə istifadəçiləri arasında müxtəlif müzakirələrə səbəb olub. Hətta bir çox insan onu ilk baxışdan tanımadığını bildirib.
Aktrisananın son fotoları və videoları sosial media platformalarında geniş yayılıb.