64 rayonda kanalizasiya sistemi, 30 küçədə kollektorlar qurulacaq - RTV

Bakı şəhərinin 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması, həmçinin yağış sularının idarə olunması məqsədilə şəhərin 30 əsas küçə və prospektində yeni kollektorların inşası nəzərdə tutulur.

RTV xəbər verir ki, bu barədə APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov məlumat verib.

İlham Bayramov qeyd edib ki, dövlət proqramının icrası nəticəsində su mənbələrinin optimallaşdırılması hesabına Bakı şəhəri və Abşeron yarımadası üzrə su təchizatının saniyədə 8,2 kubmetr artırılması, sayğaclaşma səviyyəsinin 100%-ə çatdırılması, eləcə də su itkilərinin 20%-ə endirilməsi planlaşdırılır.