7 mayın hava proqnozu açıqlandı - RTV

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 7-də Azərbaycanda hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz isə 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə qar yağacağı da mümkündür. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 10-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Dağlarda isə gecə 2-7 dərəcə isti, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti gözlənilir.