8-ci sinif şagirdi bıçaqlandı - RTV

Ağstafa rayonunda orta məktəb şagirdi bıçaqlanıb.

Ağstafa Rayon Polis Şöbəsinə daxil olan məlumata görə, rayonun 3 saylı tam orta məktəbinin səkkizinci sinif şagirdinə digər məktəbdən olan şəxs tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilib.

Hazırda polis əməkdaşları həmin şəxsin saxlanılması istiqamətində tədbirlər görür.