Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 9 mayda Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Hava arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Gündüz yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15 dərəcə isti, gündüz isə 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı mövcuddur. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu ölkənin əksər rayonlarında gecə 10-15 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 4-8 dərəcə, gündüz 13-18 dərəcə isti gözlənilir.