Ağcabədi rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza hadisəsi Laçınlıların kompakt məskunlaşdığı Qayğı qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, Laçın rayon sakini Bakir Möhbalıoğlu Quliyevin idarə etdiyi VAZ markalı miniavtomobil Yevlax rayon sakini Azər Bənahoğlu Bədəlova məxsus KAMAZ markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində VAZ-ın sürücüsü Bakir Quliyev hadisə yerində həyatını itirib.
Avtomobildə olan sərnişinlər, 1980-ci il təvəllüdlü Habil Həsənov, onun iki övladı – 2008-ci il təvəllüdlü Polad Həsənov və 2013-cü il təvəllüdlü Murad Həsənov, eləcə də 2014-cü il təvəllüdlü Raziyə Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Ağcabədi Rayon