Ağcabədidə ağır qəza, ölən və yaralananlar var - RTV

Ağcabədi rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə Hindarx qəsəbəsində qeydə alınıb.

Məlumata görə, VAZ 2107 markalı minik avtomobili ilə KAMAZ markalı yük avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Gündüz Süleymanov hadisə yerində vəfat edib.

Mərhumun avtomobilində olan iki nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.