Ağdam rayonunda gecə saatlarında iki yanğın hadisəsi baş verib. İlk yanğın hadisəsi barədə məlumat daxil olduqdan sonra Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Qeyd edək ki, gecə saatlarında Sarcalı kəndində də yanğın hadisəsi baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmamışdan əvvəl söndürülüb.