Ağdərədə ağır qəza: Yaralılar var - RTV

Ağdərədə mikroavtobus dərəyə aşaraq ağır qəzaya səbəb olub. Hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Mikroavtobusda şirkətlərdən birində çalışan işçilərin olduğu bildirilir.

Xəsarət alan 6 nəfərdən 3-ü Mingəçevirdəki özəl xəstəxanaya yerləşdirilib. Digər 3 nəfər isə Bərdə diaqnostika mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.