Ağdərədə maşın aşdı: Ər-arvad öldü - RTV

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.

Qəza gecə saatlarında Həsənriz kəndi yaxınlığında, Umudlu yolunda qeydə alınıb. Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri ər-arvad həyatını itirib. Avtomobildə olan digər Kəlbəcər sakini isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.