Ağır qəza: Yaralılar var - RTV

Ağstafada iki minik avtomobilinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Həsənsu kəndində qeydə alınıb. Hadisə zamanı əks istiqamətdə hərəkətdə olan iki minik avtomobili toqquşub.

Zərbənin təsirindən avtomobillərdən biri yolun kənarına aşıb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralıların vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.