Ağstafada faciə:15 yaşlı uşağı xəstəxanaya çatdırmaq olmadı - RTV

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayonun Aşağı Kəsəmən kəndində yaşayan 15 yaşlı Nəsir Hüseynov yaşadığı evin həyətində ehtiyatsızlıqdan əlini elektrik naqilinin açıq hissəsinə vurub.

Nəticədə onu cərəyan vurub. Yeniyetmə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə ilə bağlı Nəsir Hüseynovun qohumu Abuzər Şükürov RTV-yə açıqlama verib:

"Çox uşaqsevər idi, düşünürəm. Orda elə bil, yəni bir ehtiyatsızlıqdan olub hadisə, bax belə. Hamıya da pis təsir elədi. Hamı da xətrini istədiyi uşaq idi. 15 yaşı var idi. Xeyr, elə bil xəstəxanaya çatdırmaq istəyəndə elə bil yolda rəhmətə gedib."

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.