Rekord TV-nin "İlham Tumasın Qonağı" verilişində aparıcı İlham Tumas və Karyera və İşə Hazırlıq Mərkəzinin təsisçisi Şahin Sərdarlı gənclərin məşğulluğu və ali təhsil müəssisələrinin rolu mövzusunu müzakirə ediblər.
Şahin Sərdarlı parlamentdə deputat Vüqar İsgəndərovun tələbələrin təcrübə müddətinin əsas iş təcrübəsi sayılması ilə bağlı məsələ qaldırdığını qeyd edib. O bildirib ki, hazırkı qanunvericilikdə şirkətlər və tələbələr arasında əmək müqaviləsi "bağlana bilər" ifadəsi ilə göstərilir ki, bu da müəssisələrə seçim imkanı verir. O, bu vəziyyəti iki başlı adlandırıb:
"Onda şirkətlər maraq göstərməyəcəklər, çünki əmək müqaviləsi bağlayarkən işçiyə əmək haqqı verilməli, Dövlət Sosial Müdafiə Fondunun ödənişləri, vergi, sığorta və digər xərclər ödənilməlidir ki, bu da şirkət üçün maddi yükdür."
Şahin Sərdarlı dövlət tərəfindən müəyyən təşəbbüslərin, vergi öhdəliklərindən azad etmələrin və güzəştlərin tətbiq olunmasını təklif edib. O, hər il müəyyən limit daxilində tələbələrin əmək bazarına inteqrasiyasını təmin etmək üçün şirkətlərə güzəştlər verilməsini vacib sayıb.
Sərdarlı universitetlərin tələbələrin praktikası dövründə onlardan pul almasını tənqid edib. O, universitetlərin tələbələrin təhsil haqqından (illik 2000 manat, semestr üzrə 1000 manat) müəyyən hissəni praktikaya göndərdikləri şirkətlərə köçürməsini təklif edib. Bu halda şirkətlər tələbələri iş mühitinə hazırlamaqda maraqlı olacaqlar.
Şahin Sərdarlı universitetlərin əsasən qəbul statistikasına fokuslandığını və tələbələri məzun olmağa hazırladığını, lakin onları iş dünyasına daxil etməyə hazırlaşdırmadığını vurğulayıb. O, İqtisad Universiteti, Neft Akademiyası, Bakı Ali Neft Məktəbi və Azərbaycan Texniki Universiteti kimi bəzi ali təhsil müəssisələrinin bu istiqamətdə təşəbbüslər göstərdiyini, lakin digərlərinin maraq göstərmədiyini bildirib. Onun fikrincə, universitetlərdən hesabat tələb olunmalı, boş statistikalar yox, real məşğulluq göstəriciləri əsas götürülməlidir.
İlham Tumas Qarabağ Universitetini misal gətirərək, tələbələrin təhsil alarkən təcrübə qazanmasının vacibliyini qeyd edib. O