Bakıda aliment borcunu ödəməyən taksi sürücüsü Cəmil Qurbanov həbs edilib. Hadisə Binəqədi rayonunda baş verib.
1986-cı il təvəllüdlü Cəmil Qurbanov 2007-ci ildə ailə həyatı qurub və həmin nigahdan 2011-ci ildə övladı dünyaya gəlib. O, həmin ildən taksi sürücüsü kimi fəaliyyət göstərməyə başlayıb.
2017-ci ildə boşanan Qurbanov Binəqədi Rayon Məhkəməsi tərəfindən uşağın yetkinlik yaşına çatması üçün aylıq 193 manat aliment təyin olunub. Lakin Qurbanov bu məbləği ödəməyib.
Pul ala bilməyən keçmiş həyat yoldaşı Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarı ilə Qurbanov aliment ödəmə imkanında olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Qurbanov 9 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.