Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Anar Əsədli külli miqdarda dələduzluqda təqsirli bilinərək dörd il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsindən ittiham irəli sürülüb.
Məhkəmə gedişində onun barəsində həbs qəti imkan tədbiri seçilmişdi.