Anasına görə atasını bıçaqlayan 15 yaşlı qız - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR - RTV

Bakının Nizami rayonunda məişət zəminində bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun İsmayıl Məmmədov küçəsində yerləşən mənzildə qeydə alınıb.

Məlumata görə, Haşımov Rüfət aralarında yaranan mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən 15 yaşlı qızı evdəki bıçaqla atasına xəsarət yetirib.

Haşımov Rüfət döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidi olan qonşu bildirib:

"Ailəni çox tanımırıq. Yəni belə insanlardan kənar, salam-sağolsuz. Yəni münasibətsiz qonşu olubdular. Belə rastlaşanda salam verəm. Qayət də sakit, normal, yəni heç bir şübhə çəkən bir hərəkətlərini deyim, davranışlarını əsla görməmişik yəni."

Digər qonşu isə bunları deyib:

"Çox gözəl ailədilər. Atası rəhmətə gedib, yaxşı kişi idi. Anası sağdır. Böyükdən əsin yaxşıdır. Münaqişədən xəbərim yoxdur. Çox yaxşı xanımdır. Mənim ailə münaqişəsindən ümumiyyətlə xəbərim olmayıbdır. Çox sakit ailə olublar."

Sabunçu Tibb Mərkəzinə yerləşdirilən Rüfət Haşımovun vəziyyəti ağır qiymətləndirilir. Tibb Mərkəzindən verilən məlumata görə, 2 fevral 2026-cı il tarixində saat 16 radələrində 1977-ci il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Döş qəfəsinin ön səthinin döş qəfəsi və qarın boşluğuna plevra, ağciyər, qaraciyərin səkkizinci seqmenti və diafraqmanın kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən pasientə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağırdır.

Faktla bağlı Nizami rayon polis idarəsinin 24-cü polis bölməsində araşdırma aparılır.