Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova və Məmmədova sədrliyi ilə ərinə xəyanət etdiyinə görə öz arvadını başqa kişi ilə birlikdə qətlə yetirməkdə təqsirləndirilən Nizami Əliyevin cinayət işi üzrə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nizami Əliyevə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsilib.
Qeyd edək ki, hadisə 6 oktyabr 2024-cü il tarixində Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində baş verib. 46 yaşlı Zəfər Əliyev tərəfindən kəsilmiş, deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Keçirilən əməliyyat tədbirlərinin nəticəsində əməli törətməkdə şübhəli bilinən 57 yaşlı Nizami Əliyev müəyyən olunaraq saxlanılıb.