Ankarada güclü yağış fəsadlar törətdi: Yollar çökdü, ticarət obyektlərini su basdı - RTV

Türkiyənin paytaxtı Ankarada səhər saatlarında yağan güclü leysan gündəlik yaşayışa ciddi təsir göstərib.

İxlas Xəbər Agentliyi məlumat yayıb ki, Mamak rayonunda yolun çökməsi nəticəsində avtomobil çuxura düşüb və bir çox iş yerlərini su basıb. Küçə və prospektlər gölə çevrilib.

Hadisə zamanı ölənlərin və ya yaralananların olmadığı bildirilir.

Mamakda ən çox ziyan vuran bölgələrdən olan Mutlu məhəlləsində yerləşən məktəbin hasarı uçub.

Yeni şəhər sənaye zonasında isə bir çox obyektə su basıb. Su basma səbəbindən iş yerlərinə ciddi maddi ziyan dəyib, bəzi ərazilər isə tamamilə suyun altında qalıb.