Quba rayon mərkəzi xəstəxanasında faciəvi hadisə baş verib. Məlumatda bildirilir ki, 5 aylıq hamilə olan gənc qadın vəfat edib. İddialara əsasən, mərhumə antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. Onun uşağının olduğu bildirilir.
Məsələ ilə bağlı tibbdən verilən məlumata görə, 2023-cü ildə tələd olunan hamilə qadına anafilaktik şok, 4-cü dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Pasient qəbul zamanı aqonal vəziyyətdə olub. Ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib. Pasientin həyat fəaliyyəti bərpa edilməyib.
Daha sonra tibbi göstərişlər əsasında pasient üzərində cərrahi əməliyyat icra olunaraq ölü döl xaric edilib. Pasientin müalicəsi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilib. Lakin pasient aparılan reanimasiya tədbirlərinə cavab verməyib və onun bioloji ölüm faktı qeydə alınıb.