Araq üstə anası ilə əlbəyaxa DAVAYA ÇIXDI - RTV

Qusarda oğul araq üstündə anasını döyüb. Hadisə rayonun kəndlərindən birində baş verib.

39 yaşlı Yusif Əsgərov səhər saatlarında kənd ərazisindəki qardaşına məxsus marketdən araq alaraq içib. O, sərxoş halda günorta saatlarında yenidən həmin marketə gələrək araq almaq istəyib.

Lakin marketdə satıcı qismində olan anası ona araq satmaq istəməyib. Bu səbəbdən ana ilə oğul arasında mübahisə düşüb. Mübahisə zamanı oğul əl-qol zərbələri ilə anasının sifət və baş nahiyələrinə vuraraq xəsarət yetirib.

Bu əməlinə görə Yusif Əsgərov saxlanılıb və barəsində cinayət işi açılıb. Məhkəmənin hökmü ilə Yusif Əsgərov 1000 manat məbləğində inzibati qaydada cərimələnib.