Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər nəticəsində arıqlama çaylarının tərkibində insan sağlamlığı üçün təhlükəli maddələrin aşkarlanması barədə məlumat yayılıb.
AQTA-nın Qida Təhlükəsizliyi Şöbəsinin müdiri Validə Sadıqova qurumun 6 ay üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib ki, aparılan təhlillər zamanı arıqlama çaylarında insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və sildenafil adlı maddələr aşkar edilib.
Qeyd olunub ki, bu maddələr qanunsuz yollarla ölkəyə gətirilən və ya poçt vasitəsilə sifariş edilmiş qida məhsullarının satışına çıxarılması zamanı aşkar olunur.
Sadıqova əlavə edib ki, müayinə olunan bütün nümunələrdə bu maddələrin mövcudluğu təsdiqlənib.