Arvadını və özünü öldürdü, evini yandırdı - Binəqədidəki dəhşətli qətlin detalları - RTV

Bu gün günorta saatlarında Binəqədi rayonunun İncəçay küçəsində yerləşən evlərdən birində dəhşətli ailə faciəsi baş verib. Hadisə nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənov keçmiş həyat yoldaşı, 1968-ci il təvəllüdlü Ceyran Həsənovanı qətlə yetirib. Daha sonra evdə qazı açaraq yanğına səbəb olub, sonda isə evin həyətində öz canına qəsd edib.

Hadisə şahidləri və qonşular RTV-yə açıqlama veriblər. Qonşulardan biri Ceyran Həsənova haqqında danışıb:

"O, pis qadın deyildi. İndi deyirlər ki, psixi pozğunluq zəminində olub, amma belə bir şey olmayıb. Yəni bu qadın kişi kimi, qeyrətli bir qadın idi. O kişinin (Rafət Həsənovun) nəsə psixoloji problemləri var idi. Heç burda yaşamırdı. Haradasa yaşayırdı, hərdən bir gəlirdi. Hərdən bir evə gəlirdi, onlar da heç onu dindirmirdilər. Sadəcə gəlir, spirtli içki qəbul edir, yatır və gedirdi."