Arvadını və qızını öldürdü, oğlunu götürüb xaricə qaçdı - RTV

Türkiyədə Litva vətəndaşı Andrey Kuşleviç keçmiş həyat yoldaşı İrena Divizova və qızını qətlə yetirib. Hadisə Bodrum şəhərində qeydə alınıb.

Mənzildə ana və qızının cəsədləri mələfəyə bükülmüş və kəndirlə bağlanmış vəziyyətdə tapılıb. İstintaqın müəyyən etdiyi məlumata görə, Kuşleviç qətldən sonra Divizovanın mənzilində təxminən beş saat qalıb və evi təmizləyib.

Bundan əlavə, o, hadisədən sonra beş yaşlı oğlunu götürərək Litvaya gedib. Qətlə yetirilən qadının oğlu istintaq orqanlarına cinayətin ögey atası Kuşleviç tərəfindən törədilə biləcəyini ehtimal etdiyini bildirib. O, anası ilə həmin şəxs arasında dəfələrlə mübahisələr yaşandığını qeyd edib.

Məhkəmə Andrey Kuşleviçi təqsirli bilərək onu ömürlük həbs cəzasına məhkum edib.