Bu gün Xəzər Rayon Məhkəməsində yol qəzası nəticəsində bir nəfərin ölümü və digər bir nəfərin isə xəsarət alması ilə təqsirləndirilən "Arzum9999" 9999 ləqəbli bloger, İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı İlduzə Hacıyevanın cinayət məcəlləsinin 263.2.2 və 263.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il 9 ay azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.
Növbəti proses 25 iyul tarixinə təyin olunub.
Xatırladaq ki, hadisə 2023-cü ilin iyun ayında paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən bir nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.