Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət alması ilə nəticələnən hadisədə təqsirləndirilən "Arzum" ləqəbli tanınmış tiktoker İlknur Hacıyevanın apellyasiya şikayəti üzrə məhkəməsi başlayıb.
İlkin istintaq təcridxanasında saxlanılan İlknur Hacıyeva, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nəcəfovun sədrlik etdiyi hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə, həbs qədim qərarını ev dustaqlığı ilə əvəz edib. Beləliklə, Arzum məhkəmə zalından azad olunub.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyun ayında paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində bir nəfər ölüb, digər şəxs isə ağır xəsarət alıb.