Aprelin 30-u Milli Onkologiya Mərkəzində törədilmiş partlayışda ağır xəsarət alan və mayın 5-i vəfat edən həkim-radioloq Asif Nəsirli bu gün Göyçayda dəfn edilib.
Vida mərasimində mərhumun yaxınları, həkimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni Milli Onkologiya Mərkəzinin radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində Mübariz Əliyev vəfat etmiş, həkim Asif Nəsirli isə ağır xəsarət almışdı.