Ata və 3 uşağı dənizdə BATDI - RTV

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 2 km aralıda, nəzarətsiz ərazidə 4 nəfər batıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin keşəkli qüvvələri və sualtı axtarış-xilasetmə dəstəsi axtarışlara cəlb olunub.

Keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində dalğıclar tərəfindən 1995-ci il təvəllüdlü Məmmədov Rauf Qəhrəman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızının meyitləri sudan tapılaraq çıxarılıb. Ailə üzvləri tərəfindən meyitlər tanınıb.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları davam etdirilir.