Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi - RTV

Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib. Məlumatda bildirilir ki, 52 yaşlı Elşən Nədir oğlu Əhmədov Türkiyə bayrağı altında üzən gəminin kapitanı olub. O, Misirə gedərkən yolda atasının ölüm xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində üzürmüş və Litva sahillərinə yan alıb. Elşən Əhmədov Azərbaycana qayıtmaq məqsədi ilə Güyərtəni tərk edib. Atasının yasında iştirak üçün Vətənə gəlməyə hazırlaşan kapitanın vəziyyəti qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Elşən Əhmədovun meyidi hazırda Litvada morqdadır. Onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.