Avqust ayında Azərbaycanda ümumilikdə 10 qeyri-iş günü olacaq.
Avqust ayında rəsmi bayram və ya hüzn günü olmadığı üçün qeyri-iş günləri yalnız şənbə və bazar günlərindən ibarətdir.
Beşgünlük iş həftəsi ilə işləyənlər üçün avqust ayında 10 qeyri-iş günü, 21 iş günü olacaq.
Altıgünlük iş həftəsi ilə işləyənlərin müəssisələrində isə 5 qeyri-iş günü nəzərdə tutulur.