Türkiyənin Çanaqqala şəhəri yaxınlığında, Egey dənizində qanunsuz miqrantları daşıyan qayıq saxlanılıb.
Sahil Mühafizə Komandanlığının mobil radarı ilə müəyyən edilən motorlu rezin qayıq Ayvacıq qəsəbəsi istiqamətində dayandırılıb.
Məlumata görə, qayıqda Avropaya qanunsuz miqrasiya etmək istəyən 31 miqrant olub. Həmin şəxslərin hamısı Əfqanıstan və Azərbaycan vətəndaşlarıdır. Saxlanılan şəxslərdən doqquzu uşaq təşkil edir.
Sahil Mühafizə Komandanlığı saxlanılan şəxsləri aidiyyatı üzrə təhvil verib.